Azərbaycan təmsilçisi `Pekin-2022`də final mərhələsində çıxış edib
10.02.2022 319 0.0 0

Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev “Pekin-2022” Qış Olimpiya Oyunlarında çıxışını başa vurub.

Qazeta.info Gənclər və İdaman Nazirliyinin məlumatına əsasən bildirir ki, idmançımız bu gün sərbəst proqramda buz üzərinə çıxıb. Onun çıxışı 155,04 xalla qiymətləndirilib. V.Litvintsev bu hərəkətdə 19-cu olub. Təmsilçimiz iki proqramın cəmində 239,19 xal toplayıb. Təmsilçimiz yarışı 18-ci pillədə başa vurub.

Qeyd edək ki, Olimpiya çempionu adına ABŞ təmsilçisi Natan Çen yiyələnib. O, 332,60 xal toplayıb. İlk üçlüyü yaponiyalı idmançılar Yuma Kaqiyama və Sema Uno tamamlayıblar.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar