MEHDİABAD BƏLƏDİYYƏSİNİN "ƏL İŞLƏRİ" (FOTOLAR)
25.11.2014 1509 0.0 0

Camaat yağış yağdıqdan sonra nə uşağını məktəbə apara bilir, nə də özünün evdən çıxaraq işə getmək şansı var 

Abşeron rayonunun Mehdiabad qəsəbəsinin yolları keçilməzə çevrilib. Asfaltsız olması bir yana, orada məqsədi məlum olmayan işlərin aparılması səbəbindən insanlar normal qadada işə gedə bilmir. Uşaqlar isə evdən çıxa bilmirlər. Ki, palçıqda batıb qalarlar deyə.



Mətbuat nümayəndələri qəsəbədə olarkən əhalinin üzləşdiyi durumu gözləri ilə görüblər. Məlum olub ki, ötən il qəsəbə sakinləri yolların qışda palçıq olmaması üçün öz aralarında maliyyə toplayaraq, yola 10 maşından artıq daş tökdürüblər. Buna qədər isə camaat Abşeron rayon İcra Hakimiyyətinə və yerli bələdiyyəyə müraciət etsə də, onlara sadəcə vəd verilib. 

Lakin bu yay İcra Hakimiyyətin və bələdiyyənin səhlənkarlığı səbəbindən Mehdiabadın yolları bərbad hala düşməyə başlayıb. Səbəb isə “POLAT” ASC adlı podratçı şirkərin qəsəbədə qazıntı işləri aparması olub. Öz maddi hesabına daş tökülmüş yolları şumlayan ASC-nin texnikası, orada qazıntı apardıqdan sonra işləri eləcə də ataraq çıxıb gediblər. Vətəndaşlar məcbur qalıb şirkətin Türkiyədəki rəhbərliyinə məktub yazırlar və oradan da cavab gəlir ki, problem həll olunacaq. Və bir neçə gün sonra “POLAT” bir maşın çınqıl daşı əraziyə tökərək, işini bitmiş sayıb. 

Mətbuata danışan sakinlər deyirlər ki, amma bu da son olmayıb. Çünki düz bir aydan sonra şirkətin texnikası yenidən ərazidə görünməyə başlayıb. Və “POLAT” ASC-nin texnikası Mehdiabaddakı yolun daha 8-9 yerində qazıntı işləri apararaq, çıxıb gedib. O vaxtdan bəri isə hava yağışlı olan kimi, qəsəbə sakinləri evdən necə çıxacaqları dərdinə düşürlər. 

Mehdiabadlılar deyir ki, üzləşdikləri problemlə bağlı lazımı ünvanlara edilən şikayətlərin heç bir əhəmiyyəti olmayıb. Məsələni dəqiqləşdirmək üçün qəsəbə Bələdiyyəsinə üz tutsaq da, orada heç kimi tapa bilmədik. Bələdiyyə üzvlərinin sədrlı birlikdə seçki ilə əlaqədar iş başında olduğunu dedilər. Amma buna baxmayaraq, yazıda adı keçən qurumların da mövqeyini dərc etməyə hazırıq. //JAM.AZ


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar