Tarix: 08.12.2016,   Saat: 07:56, Cümə axşamı.          

Azərbaycan qlobal rəqabətqabiliyyətlilik reytinqində bir pillə irəliləyib

Azərbaycan dünyanın qlobal rəqabətqabiliyyətlilik reytinqində öz mövqeyini il ərzində bir qədər də yaxşılaşdırıb.

Qazeta.info "Report"-a əsasən xəbər verir ki, bu barədə Ümumdünya İqtisadi Forumu (ÜİF) tərəfindən hazırlanan reytinq cədvəli deməyə əsas verir.

Azərbaycan ötən ildən bu yana öz mövqeyini yaxşılaşdıraraq bir pillə irəliləyib və siyahıda 37-ci yeri tutub.

Keçmiş SSRİ respublikaları arasında Rusiya 43, Litva 35, Estoniya 30, Qazaxıstan 53, Ukrayna 85-ci yerdə qərarlaşıb. Belarus ümumiyyətlə reytinqə düşməyib.

Siyahıda lider üçlük dəyişməyib: İsveçrə, Sinqapur və ABŞ.

ÜİF ölkələrin rəqabətqabiliyyətlilik reytinqini 110-dan çox göstərici əsasında hazırlayır. Bura infrastruktur, əmtəə və əmək bazarının səmərəliliyi, təhsil və səhiyyənin keyfiyyəti, ölkədə makroiqtisadi şərait, innovasiya, maliyyə bazarının inkişafı və s. daxildir.

 
 


  Bölmə: Xəbər | Baxış sayı: 248 | Tarix: 28.09.2016, 09:18


Xəbərlər