Azərbaycan atıcısı IV İslam Həmrəyliyi Oyunlarında üçüncü qızıl medalını qazandı
15.05.2017 788 0.0 0

Azərbaycan idmançısı Ruslan Lunyov IV İslam Həmrəyliyi Oyunlarının atıcılıq yarışlarında üçüncü qızıl medalını qazanıb.

Məlumata görə, təmsilçimiz kişilər arasında 25 metr məsafədən standart tapança ilə atəş açma yarışında rəqiblərindən daha dəqiq olub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar