PAN Gİ MUN CƏNUBİ QAFQAZDAKI PROBLEMLƏRDƏN NARAHATÇILIĞI BİLDİRİB
04.11.2014 787 0.0 0
BMT-nin baş katibi ATƏT Daimi Şurasında çıxış edib

 

 "Cənubi Qafqazda uzunmüddətli münaqişələr həll olunmayıb və bu, ATƏT və BMT-ni narahat edir". nın ATƏT-in rəsmi saytına istinadən verilən xəbərə görə, bu sözləri BMT-nin baş katibi Pan Gi Mun bu gün ATƏT-in Daimi Şurasının Vyanada keçirilən iclasında çıxışı zaman bildirib.

“İnsanların həyatlarını yaxşılaşdırmaq bizim ortaq vəzifəmizdir. Sülh və inkişaf eyni medalyonun iki üzüdür. Əgər biz sabitlik və təhlükəsizlik istəyiriksə, davamlı inkişaf etməli və insan hüquqlarına hörmətlə yanaşmalıyıq”, - deyə o, söyləyib.

 

Baş katib Ukraynadakı münaqişəyə də toxunaraq bu ölkənin şərqində separatçıların keçirdiyi seçkini “uğursuz və inkişafa mane olan addım" adlandırıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar