YENİ TİKİLMİŞ "DÜNYA TİCARƏT MƏRKƏZİ-1 " NÜMAYİŞ ETDİRİLDİ (FOTOLAR)
14.11.2014 1677 0.0 0

Dünya Ticarət Mərkəzi 13 il sonra qapılarını açdı!


Dünya tarixinin ən böyük terror hücumlarından birinə hədəf olan Nev Yorkdakı Dünya Ticarət Mərkəzi, aradan keçən 13 ildən sonra yeniləndi və qapılarını mətbuata açdı.
Nev Yorkda 11 sentyabr 2001-ci il terror hücumu ilə dağılan "Əkiz Qüllələr"  Dünya Ticarət Mərkəzinin yerinə inşa edilən kompleksin bir nömrəli binası, mətbuat mənsublarına nümayiş olunub.


ABŞ-ın ən yüksək binası olaraq hazırlanan One World Trade Center (Dünya Ticarət Mərkəzi-1), 541.3 metr hündürlükdədir. 104 mərtəbəli göydələnin 61-inci mərtəbəsinə çıxarılan mətbuat nümayəndələri, New York mənzərəsini müşahidə etmə fürsəti əldə ediblər.

Binanın inşaatını boynuna götürən Port Authority of New York & New Jersey işlətməsinin idarəçisi Patrick J. Foye  verdiyi açıqlamada, icarəçilərin binaya yerləşməyə başladıqlarını söyləyib.

 

Foye  "Əkiz Qüllələr" dən fərqli olaraq bu yeni binada əksəriyyət icarəçilərin xüsusi sektordan seçiləcəyini açıqlayıb.
Nəhəng binanın New York üçün simvolik əhəmiyyətinə toxunan Foye bildirib ki,  "Əkiz Qüllələr, New York şəhərinin siluetinin çox əhəmiyyətli bir parçası idi. 11 Sentyabrdan bəri bu parça əskik idi ...


... Yeni binayla siluet tamamlanmış oldu. Əlavə olaraq binanın, bir növ yenilənməyi, şəhərin və ölkənin 11 sentyabra işarə ilə verdiyi cavabıdır . "
Qazeta.info türk mətbuatına istinadən bildirir ki, Dünya Ticarət Mərkəzi-1, Amerikalı memar David Childs tərəfindən hazırlanıb. Yeni qüllə, 417 metr bina yüksəkliyi və 124 metrlik antenasıyla birlikdə ABŞ-ın ən yüksək binası xüsusiyyətini daşıyır.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar