AVRASİYA İQTİSADİ BİRLİYİ DƏRMAN BAZARINI NƏZARƏTƏ GÖTÜRÜR
24.12.2014 1226 0.0 0
Avrasiya İqtisadi Birliyinə üzv olan ölkələr vahid dərman və tibbi ləvazimatlar bazarı yaratmaq niyyətindədirlər.

 

“RİA Novosri”-yə istinadən verilən xəbərə görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin mətbuat katibi Oleq Salaqay bildirib.   

 

“Ali Avrasiya İqtisadi Şurasının iclası zamanı  Avrasiya İqtisadi Birliyin çərçivəsində dərman vasitələrinin dövriyyəsinin vahid prinsipləri və qaydaları haqqında saziş və Avrasiya İqtisadi Birliyin çərçivəsində tibbi ləvazimatların dövriyyəsinin vahid prinsipləri və qaydaları haqqında saziş imzalanıb”, deyə Salaqay qeyd edib.

 

İmzalanmış saziş 2016-cı ilin əvvəlində qüvvəyə minəcək.//APA


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar