ASLAN ASLANOVUN EVİNİN MÜHASİRƏDƏ SAXLANILMASI XƏBƏRİ YAYILDI
11.02.2015 781 0.0 0

Baş Prokurorluğun mətbuat xidməti xəbəri təkzib etmir

 

 
“Lamiyə işi”ndə əsas fiqurant olan Aslan Aslanovun evinin polis mühasirəsində saxlanması haqda məlumat almışıq. Həmin məlumatda qeyd edirlir ki, kənd təsərrüfatı nazirnin sabiq müavininin Ayna Sultanova heykəli yaxınlığındakı evində qara maskalıların iştirakı ilə  axtarış aparılır. Redaksiyamızı bilgiləndirən şəxs deyib ki, A.Aslanovun villası qarşısından keçən yol bağlanıb. Hüquq-mühafizə orqanı əməkdaşları ərazidə aparılan tikinti işlərini də dayandırıblar. “Yeni Müsavat” əməkdaşı məlumatı dəqiqləşdirmək üçün Baş Prokurorluğun Mətbuat Xidməti ilə əlaqə saxlayıb. Xidmət rəhbəri Eldar Sultanov məlumatı təkzib etməyib. Deyib ki, rəhbərlik etdiyi xidmətdə bu haqda məlumat yoxdur. 
 
Qeyd edək ki, 2 gün əvvəl L.Quliyevanın keçmiş nişanlısı Vüqar Əliyevin vəkili Adəm Məmmədov özünün facebook statusunda A.Aslanovun saxlanılması haqda məlumat aldığını yazmışdı. Baş Prokurorluğun Mətbuat Xidməti isə vəkilin yaydığı məlumatı təkzib etmişdi. 
Yada salaq ki, fevralın 9-da Baş Prokurorluq L.Quliyevanın qanunsuz olaraq təqsirləndirilməsinə və məhkum olunmasına dair araşdırmalara başladığını açıqlayıb. Açıqlamada işdə adı keçən vəzifəli şəxslərin həbs ediləcəyi anons edib. Eks-nazir müavininin Baş Prokurorluğun Ağır Cinayətlərə Dair işlər Üzrə İstintaq İdarəsinə çağırıldığı xəbəri də var. Qeyd edilir ki, A.Aslanovu iş üzrə qeyri-rəsmi sorğu-sual edərək sərbəst buraxıblar. 
 
Xatırladaq ki, L.Quliyevanın anası K.Quliyeva, onun nişanlısı olmuş, hazırda ömürlük həbsdə olan Vüqar Əliyevin atası İbrahim İsmayılov övladlarına qanunsuz olaraq cəza, işgəncə verilməsində A.Aslanovu ittiham edirlər. Deyirlər ki, A.Aslanov oğlunun öldürülməsinə görə onların övladları ilə bərəbər özlərinə qarşı da qanunsuzluqlara nail olub. Vəzifəsindən sui-istifadə edərək onların qanunsuz həbslərinə və uzunmüddətli azadlıqdan məhrum edilmələri ilə nəticələnən sifarişlər verib. Həmin sifarişlərin icrası üçün əlindən gələni edib. Vüqar Əliyevin yeməyinə saxlandığı Qobustan Qapalı Həbsxanasında zəhər qatılıb, 4 saylı cəzaçəkmə müəssisəsində saxlanan Lamiyə Quliyeva isə özünü öldürmə həddinə çatdırılıb. Məhkum qadın dəfələrlə özünü öldürmək istəyərək qollarını doğrayıb, özünü /musavat.com/

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar