Amerikalı hərbçilərin ailələri Türkiyənin cənub bölgələrindən ABŞ-a qaytarılır
30.03.2016 408 0.0 0

 Pentaqon amerikalı hərbçilərin ailələrinin Türkiyənin cənub bölgələrindən ABŞ-a geri qaytarılmasına dair göstəriş verib. Məlumata görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının məlumatında bildirilir.
 
“Müdafiə naziri Eşton Karter dövlət katibi Con Kerri ilə keçirdiyi  məsləhətləşmələrdən sonra Türkiyənin Adana (“İcirlik” aviabazası da daxil olmaqla), İzmir və Muqla şəhərlərində xidmət çəkən amerikalı hərbçilərin ailələrinin vətənə dönmələrinə dair göstəriş verib”, - deyə məlumatda bildirilir.
 
“Qərar bölgədə təhlükəsizlik sahəsində davam edən problemlərlə bağlıdır. Qərar Pentaqon hərbçiləri və onların ailələri üçün risklərin azaldılması məqsədilə verilib”, - deyə məlumatda bildirilib.  
 
Əmr yüksək hərbi komandanlığa şamil olunmur. Qərarın Türkiyə hökuməti, ABŞ Dövlət Departamenti və ABŞ-ın müdafiə naziri  ilə məsləhətləşmələrdən sonra verildiyi qeyd olunur. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar