ABŞ İŞİD-i VURDU
08.08.2014 1321 0.0 0

Son yayılan məlumata görə ABŞ Müdafiə Nazirliyinin sözcüsü İraqın Ərbil yaxınlığında Kürd birləşmələri ilə döyüşən İŞİD qüvvələrini havadan bombalamağa başlayıb.

ABŞ rəsmisi öz  açıqlamasında, 2  F/A-18  döyüş təyyarəsinin havaya qaldırıldığı və İraq ərazilərinə girdiyi bildirilib.Daha sonra o Ərbil yaxınlığında mövqe alan İŞİD terrorçularına 500 fund ağırlığında lazer güdümlü bomba atdığı bildirilib.

Açıqlamada ABŞ döyüş təyyarələrinin şimali İraqdakı bəzi məntəqələrin də hədəf alındığı bildirilir.Bombardimanlar nəticəsində çoxlu sayda İŞİD terrorçusun məhv edildiyi bildirilib.

Məsələ ilə əlaqədar ABŞ prezidenti Barak Obama da açıqlama verərək,ABŞ Silahlı Qüvvələrinə hücum əmrinin bir gün öncə verildiyini bildirib.

Yayılan məlumatlarda İngiltərə Daxili İşlər Nazirliyi də qeyd edilən bölgədə yerləşən İngiltərə vətəndaşlarına Ərbil əraziləri tərk etmələri xəbərdarlığı verib.


Teqlər:ABŞ İŞİD-i VURDU

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar