Akademik Cəlal Əliyev və Qalib Salahzadənin adı YAP namizədləri sırasında olmadı
15.09.2015 683 0.0 0

 Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, akademik Cəlal Əliyev deputatlığa namizəd olmayıb. 

"Report"un məlumatına görə, YAP akademik Cəlal Əliyevin deputat seçildiyi 62 saylı Saatlı Seçki Dairəsindən yeni namizəd irəli sürüb. Noyabrın 1-də keçiriləcək parlament seçkilərində 62 saylı Saatlı Seçki Dairəsindən YAP-ın namizədi Nazim Rəşidov olacaq. 

N.Rəşidov Saatlı rayonunun Dədə Qorqud bələdiyyəsinin sədri işləyib. 

C.Əliyev Azərbaycan Milli Məclisinə I-IV çağırış seçkilərdə deputat seçilib.

 

 

Bundan başqa, Yeni Azərbaycan Partiyası (YAP) deputat Qalib Salahzadənin namizədliyini irəli sürməyib. Məlumata görə, YAP 27 saylı Sabunçu ikinci Seçki Dairəsindən Dilarə Məmmədağa qızı Cəbrayılovanın namizədliyini irəli sürüb.
D.Cəbrayılova 295 saylı orta məktəbin direktorudur.
Qeyd edək ki, Q.Salahzadə QMİ sədri şeyxülislam Allahşükür Paşazadənin qudasıdır.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar