ABŞ tarixində İLK: Tramp `Ağlama Divarı`nı ziyarət etdi - VİDEO
23.05.2017 888 0.0 0

Səudiyyə Ərəbistanına səfərinin ardından İsrailə kedən ABŞ prezidenti Donald Tramp müqəddəs inanc yeri sayılan "Ağlama Divarı"nı ziyarət edib.
Qazeta.info Publika.az-a istinadla xəbər verir ki, Trampı əsrlərdir Qıyamət kilsəsinin açarlarını saxlayan fələstinli müsəlman Cövdət ailəsinin nümayəndələri müşayiət edib. Trampa "Ağlama Divarı"nın tarixi və əhəmiyyəti barədə geniş məlumat verilib.
"Ağlama Divarına" əlini qoyaraq təxminən 2 dəqiqə dua edən və ağlayan ABŞ lideri, sonda yəhudilər kimi arzularını yazdığı kağızı divarın daşları arasına qoyub.
ABŞ prezidenti Donald Tramp rəsmi proqram çərçivəsində "Ağlama Divarı"nı ziyarət edən ilk ABŞ lideri kimi tarixə düşüb. Onu bu ziyarətdə İsrail rəsmiləri müşayiət etməyib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar