ABŞ səfiri Bakıda iməcilik etdi (FOTO)
28.04.2015 676 0.0 0

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta bu dəfə ictimai fəaliyyəti ilə gündəmə gəlib.

Məlumata görə, Bakıda "Yer Günü"nə həsr olunmuş tədbirlər çərçivəsində Yer gününü qeyd etmək üçün ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta çimərlik təmizləyib. Təmizlik aksiyası Bakının yaxınlığındakı çimərliklərdən birində olub. Keçirilən tədbirdə səfirlə yanaşı mübadilə proqramlarının bəzi məzunları da iştirak edib.

Xatırladaq ki, bir müddət əvvəl Robert Sekuta Kürdəmirdə Müdafiə Nazirliyinin pilotları və peşəkarları ilə görüşüb. Səfir bazanın komandiri ilə birlikdə uçuş simulətorunda öz pilot bacarığını yoxlayıb, pilot kabinindən SU-25 təyyarəsi barədə məlumat alıb./anspress/

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar