ABŞ müdafiə naziri gözlənilmədən İraqa səfər edib
16.12.2015 448 0.0 0

ABŞ müdafiə naziri Eşton Karter gözlənilmədən İraqa səfər edib.
 
 “Röyters”ə istinadən verdiyi məlumata görə, Pentaqon rəhbəri Bağdadda amerikalı hərbçilərlə görüşəcək.
 
E. Karterin İŞİD-lə mübarizənin gücləndirilməsi istiqamətində atılacaq addımları müzakirə edəcəyi bildirilir.
 
“New York Times”ın yazdığına görə, səfər çərçivəsində E. Karter həmçinin İraq rəsmiləri ilə görüşlər keçirəcək. Həmin görüşlərdə ABŞ-la İraqın bölgədə İŞİD-ə qarşı mübarizə sahəsində əməkdaşlığının genişləndirilməsi imkanlar, o cümlədən Vaşinqtonun İraqa “Apachi” döyüş helikopterlərinin satılması təklifi müzakirə olunacaq./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar