ABŞ-ın xahişi ilə Elmar Məmmədyarov Viktoria Nuland ilə görüşüb
13.05.2015 905 0.0 0
Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin Antalya şəhərində keçirilən NATO-nun Əfqanıstanda Qətiyyətli dəstək missiyasına töhfə verən dövlətlərin xarici işlər nazirlərinin iclası çərçivəsində bir sıra görüşlər keçirmişdir
Qazeta.info  Xarici İşlər Nazirliyinə istinadala xəbər verir ki,  Elmar Məmmədyarov Türkiyənin Antalya şəhərində keçirilən NATO-nun Əfqanıstanda Qətiyyətli dəstək missiyasına töhfə verən dövlətlərin xarici işlər nazirlərinin iclası çərçivəsində Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu, Belçikanın xarici işlər və Avropa işləri üzrə naziri Didier Reynders, Norveçin xarici işlər naziri Borge Brende, Bolqarıstanın xarici işlər naziri Daniel Mitov, Slovakia xarici işlər naziri Miroslav Lajcak  və Xorvatiyanın Baş nazirinin müavini və xarici işlər və Avropa məsələləri üzrə naziri Vesna Pusic ilə qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparıb. Həmçinin, ABŞ tərəfinin xahişi ilə nazir Elmar Məmmədyarov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Viktoria Nuland ilə görüşüb.

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar