DÜNYA ŞÖHRƏTLİ AZƏRBAYCANLININ ƏSƏRİ İNGİLTƏRƏ SOTHEBY’S HƏRRAC EVİNDƏ SATILIB (FOTO)
05.12.2014 1278 0.0 0

Qazeta.info Mədəniyyət və Turizm Nazirliyinə istinadən bildirir ki, Məşhur Azərbaycan rəssamı Toğrul Nərimanbəyovun "Böyük qoç" (1982) rəsm əsəri Böyük Britaniyanın Sotheby's hərrac evində 68,500 ingilis funtuna satılıb.

Məlum olduğu kimi Böyük Britaniyabnın məşhur "Sotheby's" Hərrac Evində Rusiya, Qafqaz və Mərkəzi Asiya üzrə kurator Suad Qarayevadır və onun bu layihənin gerçəkləşməsində mühüm rolu olmuşdur. 
 

Toğrul Nərimanbəyov 7 avqust 1930-cu ildə Bakı şəhərində doğulmuşdur. 1950-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini, 1955-ci ildə isə Litvada Vilnüs Rəssamlıq İnstitutunu bitirmişdir. XX əsrin 50-ci illərindən etibarən yaradıcılığa başlamışdır. Mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı əsərlər mövzu və janr rəngarəngliyi, estetik kamilliyi və özünəməxsus üslubu ilə səciyyələnmişdir. Fərdi üslubunu müəyyən edən başlıca xüsusiyyətlər dekorativ Azərbaycan incəsənətinə xas rəng harmoniyası və müasir dünya incəsənətinin yeni istiqamətləri ilə sıx bağlı olmuşdur. İnsanların daxili aləminin ən incə çalarlarınadək təsvirini verən portretləri bu janrda yaradılmış əsərlər içərisində öz orijinallığı, bədii forma kamilliyi və novatorluğu ilə seçilmişdir. Təzad və şərtiliyi, ənənəvilik və müasirlik kimi müxtəlif yanaşmaları öz əsərlərində harmonik şəkildə əks etdirmişdir. Ayrı-ayrı tamaşalara verdiyi bədii tərtibatlarla Azərbaycan teatr rəssamlığının dəyərli nümunələrini yaratmışdır. Monumental boyakarlıq və divar rəssamlığı janrında işlənmiş tabloları xəlqilik ruhu ilə seçilərək böyük estetik təsir qüvvəsinə malikdir.
Portret, mənzərə, məişət və natürmort janrlarında çəkdiyi lövhələr müasir Azərbaycan rəssamlığının qiymətli əsərləri olaraq dünyanın mötəbər sərgi salonlarında, rəsm qalereyalarında və incəsənət muzeylərində uğurla nümayiş etdirilir, müxtəlif dövlətlərin muzeylərində və ayrı-ayrı şəxslərin kolleksiyalarında saxlanılır.
T. Nərmanbəyov 2 iyun 2013-cü ildə Paris şəhərində vəfat etmişdir


Teqlər:DÜNYA ŞÖHRƏTLİ AZƏRBAYCANLININ ƏSƏR

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar