ABŞ-a gələn əcnəbilər üçün daha sərt sanitar tədbirlər qüvvəyə minəcək
03.12.2021 246 0.0 0

Omicron ştamının yayılması ilə əlaqədar olaraq, ABŞ hakimiyyəti dekabrın 6-dan etibarən ölkəyə gələn xarici vətəndaşlara qarşı daha sərt müayinə tədbirləri tətbiq edəcək.

CNN-ə istinadən xəbər verilir ki, ölkəyə daxil olan əcnəbilər peyvənd statusundan asılı olmayaraq, bir gün əvvəl koronavirus testindən keçməlidir. Testin cavabı mənfi olacağı təqdirdə ölkəyə girişə icazə veriləcək.

Xatırladaq ki, əvvəllər tam peyvənd edilmiş səyahətçilərə ABŞ-a gəlməzdən üç gün əvvəl koronavirus testindən keçməyə icazə verilirdi.APA 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar