`Mançester Siti` `Çelsi`yə qalib gələrək liderliyini möhkəmləndirib - VİDEO
05.03.2018 1123 0.0 0

"Mançester Siti" komandası İngiltərə Premyer Liqasında XXIX turun mərkəzi oyununda "Çelsi"yə qalib gəlib.

Qazeta.info "Report"un məlumatına əsasən bildirir ki, yeganə topu 46-cı dəqiqədə Bernardu Silva vurub.

Bununla da "şəhərlilər" xallarını 78-ə çatdıraraq, liderliklərini möhkəmləndiriblər. Son 5 matçda 4-cü məğlubiyyətini alan "zadəganlar" isə 53 xalla 5-cidirlər.

 

Növbəti turda "Mançester Siti" səfərdə "Stok Siti" ilə, "Çelsi" isə evdə "Kristal Pelas"la üz-üzə gələcək.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar