2 sərnişinin ölümünə səbəb olan avtobus sürücüsünə ağır cəza
04.05.2015 695 0.0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Elçin Kazımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Məlumata görə, prosesdə hökm oxunub. Hökmə əsasən, E. Kazımov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, ötən il avqustun 14-də Sabunçu rayonu Sabunçu qəsəbəsinin ərazisində Bakı şəhər sakini Elçin Kazımov idarə etdiyi “İsuzu” markalı avtobusu yolun kənarındakı dəmir hasara vurub. 

E. Kazımovun sərnişinlərindən - Saatlı rayon sakini Haqverdi Kərimov və Laçın rayon sakini İlqar İmanov hadisə yerində ölüb, digər 6 sərnişinə xəstəxanada ilkin tibbi yardım göstərilib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar