ZÜLMƏTLƏR İÇİNDƏKİ DİGAH
03.02.2015 860 0.0 0

Bakı ətrafı kəndlər srasında ən çox baxımsızlığa və laqeyidliklə üzləşən kəndlərdən biri də Abşeronun Digah kəndidir.Ölkənin xüsusi önəm verdiyi Yanar Dağ kompleksinin bu kəndin ərazisində yerləşməsinə baxmayaraq Digah kəndində içtimai iaşə obyektləri yox səviyyəsində, insanların müasir həyat səviyyəsinə inteqrasiyası çox zəif inkişaf edir.Günü gündən ətrafı genişlənib qəsəbəyə bənzəyən bu kəndin əsas problemi elektrik enerji problemidir.Bu kəndən bizə ünvanlana müraciətdən sonra özümüzdə etdiyimiz müşahidələr nəticəsində gördük ki, həqiqətən də Digah işıq probleminə görə 1990 cı illərin ucqar dağ kəndlərindən də geri qalıb.

Abşeron rayonunun gözdən uzaq və unudulmuş bu kəndindəelektrik enerji təchizatı demək olar ki , çox pis vəziyyətdədir.Kəntən verilən məlumatı yoxladıqda şahidi olduq ki, bu kəntdə hər gün işıq saatlarla havanın sərt və küləkli olduğu günlərdə isə 1-2 gün  olmadığı müşahidə olunur.

Məlumat üçün bildirək ki, hər  gün kəntdə işıq sönən kimi , mənbə bizə biz isə kənd sakini kimi 186 ilə əlaqə saxladıq .Verilən cavablardan da  “iş gedir”, “1-2 saata yanacaq  ” və “məlumat verdiyiniz üçün təşəkkür edirik”  aydın olurdu ki həqiqətən də bu kəntdə  elektrik enerjisi yoxdur.

Bəs Azərbaycanın heç bir yerində buna bənzər halın olmadığı vaxtda Bakıdan 12 km məsafədə yerləşən Digahda niyə bu problem var?

Əslində məsələ belədir.Hələ digah camaatı bu vəziyyətə şükür edir.Çünki bir neçə il bundan öncə bu kəntdə işıq məsələsi bundan da pis vəziyyətdə olub.Kənd camaatının çoxsaylı narazılığından sonra kəndə gələn könə və çox zəif gücə malik  xətt ayrılaraq camaatın işıq problemi nisbətən yaxşılaşdırılıb.

Belə ki, xətt dəyişdirilərək SOCAR-ın yaxınlıqdakı mədənlərə ayrılmış elektrik xəttinə birləşdirilib.

Vəziyyət bir az yaxşılaşsa da bu problemi tam həll olunmuş saymaq olmaz.Çünki  tez-tez  buruqlarda baş verən qəza və digər səbəbdən işıqlar şönür və nəticədə kənd camaatı SOCAR-ın iş qaydaları və orada baş verən qəzalarla ayaqlaşmalı olur.

Acınacaqlısı orasıdır bu kəntdə daim işıq var.Lakin bundan insanlar yararlana bilmir. Mənbənin bizə verdiyi məlumata görə kəndə işıq vermək bir o qədər də çətin deyil .Çünki Abşeron rayon mərkəzinə gedən və heç zaman problemi olmayan elektrik xətti kəndin içindən keçir.Və həmin xətdən Digahın yuxarı hissəsinə bir neçə müəssisə istifadə edir. Düzü ilk anlarda bizə elə gəldi ki , bu müəssisələr dövlət əhəmiyyətli müəssisə olmalıdır ki, burada elektrik enerjisi xüsusi xəttəqoşulsun.Söhbət əsnasında məlum oldu ki, sözügedən müəssisələr özəldir və həttə biri quşçuluq fabrikidir.Araşdırmalarımız nəticəsində məlum oldu ki , camaat sözügedən bu quşçuluq fabrikini “Etibar Pirverdiyevin ferması” kimi tanıyır.Məsələnin həqiqətə nə qədər yaxın olub olmamasını deyə bilməsək də bir şey aydındır ki,Azərbaycan gerçəkliyində belə halın baş verməsi mümkündür.Yəni hansısa məmurun və ya hansısa sahibkarın pulu və qazancı bəzi bir kəndin camaatdan belə önəmli ola bilər. Əlbəttə bunu biz təkcə camaatla apardığımız söhbətə əsəslanaraq demirik.Çünki Yanvarın 28 geçə saat 22-00 dan az keçmişdi ki , Digahda yenidən işıqların söndüyü məlumatını alıb elə həmin anda da kəndə yollandıq.Həqiqətən də Orada elektrik enerjisi yox idi.Kənd zülmət içində olsada  Digahın yuxarı hissəsində sözügedən fabrikdə işıq var idi. Xatırladım ki,gecə saat 01-10 dəqiqyə  kimi bir neçə fotokadrlar çəkib işimizi tamamlasaq da Digahda işıq yanmırdı.Kəntdən hazırladığımız fotoları əyani sübut kimi sizlərə təqdim  edirik.

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar