Zlatan İbrahimoviç rəsmi olaraq `Los Angeles Galaxy` klubuna keçib
24.03.2018 888 0.0 0

“Mançester Yunayted” klubunun isveçli hücumçusu Zlatan İbrahimoviç karyerasını ABŞ-da, "Los Angeles Galaxy" klubunda davam etdirəcək.

 

Məlumata görə, bu barədə məlumat klubun “Tvitter” səhifəsində verilib.

 

36 yaşlı futbolçu və klub arasında razılaşmanın detalları hələ ki, açıqlanmır.

 

2016-cı ildə PSJ-dən “Mançester Yunayted”ə keçən, “qırmızı şeytan”ların heyətində 28 matçda 17 qol vuran Zlatan İbrahimoviç bu günlərdə İngiltərə klubu ilə yollarını ayırıb. Cari mövsümdə Z.İbrahimoviç İngiltərə premyer liqasında cəmi 5 oyun keçirib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar