Zlatan İbrahimoviç bukmeker kontoru ilə işbirliyinə görə cəzalandırıla bilər
22.03.2018 882 0.0 0

 İngiltərə Futbol Assosiasiyası (FA) “Mançester Yunayted” komandasının hücumçusu Zlatan İbrahimoviçi cəzalandıra bilər.

“Mirrora” istinadən xəbər verilir ki, buna səbəb 35 yaşlı forvardın bukmeker kontoru ilə işbirliyinə razılıq verməsidir.

O, “BetHard” şirkətinin reklam kompaniyasında iştirak etmək niyyətindədir. Lakin İngiltərə Futbol Assosiasiyası futbolçuların bukmeker kontorları ilə əməkdaşlığa qadağa qoyduğu üçün Z.İbrahimoviç bu əməkdaşlıqdan imtina etməldir. Əks halda qurum tərəfində cəzalandırılacaq.

Qeyd edək ki, Z.İbrahimoviç cari mövsümdə “Mançester Yunayted”in heyətində 7 oyun keçirib və 1 qol vurub./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar