Zelenski ölkədən çıxması ilə bağlı xəbərləri təkzib edib
05.03.2022 276 0.0 0

Ukrayna prezidenti Vladimir Zelenski Kiyevi tərk etməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

Qazeta.info Trend -ə istinadən xəbər verir ki, Ukrayna dövlət başçısı "Instagram" səhifəsində iş yerindən video yayımlayıb.

"İki gündən bir xəbər gəlir ki, guya mən Ukraynadan, Kiyevdən harasa qaçmışam. Amma görürsüz ki, mən burdayam. Heç kim heç yerə qaçmayıb. Biz işləyirik", - deyə V.Zelenski müraciətində bildirib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar