ATASI İNTİHAR EDƏN OĞUL ÖZÜNÜ PARTLATDI
21.12.2014 779 0.0 0

Verilən məlumata görə, hadisə dekabrın 20-dən 21-ə keçən gecə baş verib.

 

 

Zaqatala şəhəri, Sevil Qazıyeva küçəsi 47 ünvanında yaşayan 1979-cu il təvəllüdlü Renad Həsəncuma oğlu Muradov kustar üsulla düzəltdiyi partlayıcını alın nahiyəsinə dirəyərək partladıb.

 

 

Alın nahiyəsindən ağır xəsarət alan R. Muradov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

 

R. Muradov dekabrın 21-də saat 04 radələrində xəstəxanada ölüb.

 

Məlumata görə, narkotik vasitələrin aludəçisi olan və tüfeyli həyat tərzi keçirən R. Muradov bir neçə gün əvvəl də özünə qəsd etmək məqsədilə kəsici alətlə qarın nahiyəsinə xəsarət yetirib.
 

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

 

Qeyd edək ki, R. Muradovun atası, ikinci qrup əlil olan Həsəncuma Muradov da bu ilin mart ayının 16-da bədəninə sarıdığı elektrik naqilinin ucunu cərəyana birləşdirərək intihar etmişdi.//APA


Teqlər:ATASI İNTİHAR EDƏN OĞUL ÖZÜNÜ PARTL

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar