GÜLƏNƏ TERRORÇU ADI İLƏ HƏBS QƏRARI VERİLDİ
19.12.2014 886 0.0 0

14 dekabrda keçirilən "Paralel Hökumət" əməliyyatı çərçivəsində bu günkü məhkəmə prosesində bəzi  qərarlar verilib.

Məhkəmə Əkrəm Dumanlını sərbəst buraxsada Hidayət Karacanın həbs olunmasına qərar verib. Məlumata görə ,Prokuror terror təşkilatı liderliyi ilə günahlandırılan Fetullah Gülən üçün həbs qərarı tələb edib.
Bildirək ki, Baş nazir Əhməd Davudoğlu Paralel əməliyyat sonrasında axtarış qərarı çıxarılması müzakirə edərkən Fəthullah Gülən haqda açıqlamalar verərək  qırmızı bülleten çıxarılması mövzusunda irəli sürmüşdü. Əhməd Davudoğlu ilə Çad prezidenti Kalzeube Payimi Duebetin təşkil etdiyi ortaq mətbuat konfransında Davutoğlundan flaş Fəthullah Gülən açıqlaması da  gəlmişdi.
Baş nazir Əhməd Davudoğlu, "Fəthullah Gülənlə əlaqədar də istintaq nəyi tələb edirsə, mütləq məhkəmə onun gərəyini edəcək. Bizim, buradan bu və ya başqa açıqlamada olmağımız doğru deyil ancaq məhkəmə prosesi içində bir tələb söz mövzusu olursa qırmızı bülleten və digərləri, hər hansı bir cinayət söz mövzusu olduğunda hansı əməliyyat edilir isə heç bir ayrı-seçkilik güdmədən bərabər vəziyyətdəki bir vətəndaşa nə tətbiq edilsə o da edilər. Bu mövzuda da ciddiyət qətidir "
 deyə bildirmişdi.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar