Zelenski: `Baydenlə ilin ilk beynəlxalq söhbəti münasibətlərin xarakterini sübut edir`
03.01.2022 318 0.0 0

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ dövlət başçısı Cozef Baydenlə telefonla Avropada sülhün qorunması istiqamətində görülən tədbirlər, ölkədə aparılan islahatlar və Ukraynada oliqarxlarla mübarizəni müzakirə etdiyini bildirib.

“Report” xəbər verib ki, bu barədə Ukrayna lideri sosial şəbəkədəki hesabında yazıb.

"Birləşmiş Ştatların Prezidenti ilə ilin ilk beynəlxalq söhbəti münasibətlərimizin xüsusi xarakterini sübut edir. Ukrayna, ABŞ və tərəfdaşların Avropada sülhün qorunması, gələcək gərginliyin qarşısının alınması, islahatlar istiqamətində birgə fəaliyyəti müzakirə etdik.

Biz Ukraynaya sarsılmaz dəstəyi yüksək qiymətləndiririk”, - Zelenski tviterdəki hesabında yazıb.

Ağ Evin yaydığı məlumata görə, Cozef Bayden Ukrayna sərhədindəki vəziyyətin pisləşəcəyi təqdirdə ABŞ və müttəfiqlərinin həlledici cavab verəcəklərini bildirib. Bayden ABŞ-ın Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə sadiqliyini bir daha vurğulayıb. O, Donbasda gərginliyin azaldılması üçün atılan addımları dəstəkləyib.

Telefon danışığı zamanı ikitərəfli əlaqələr də diqqət mərkəzində olub. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar