Zakir Həsənovdan xüsusu tapşırıq: Düşmən mövqelərinə iriçaplı silahlardan dərhal zərbə endirilsin!-Video
14.07.2015 781 0.0 0

"Yaşayış məntəqələrimizin atəşə tutulması halında düşmən mövqelərinə, erməni əhalinin sıx yerləşdiyi yaşayış məntəqələrinə və hərbi obyektlərə iriçaplı silahlardan dərhal zərbə endiriləcək"

 Müdafiə Nazirliyindən (MN) Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Azərbaycanın cəbhəboyu yerləşən yaşayış məntəqələrinin atəşə tutulması və atəşkəs rejiminin pozulması hallarının artmasına münasibət bildirilib.
 
Qazeta.info bildirir ki, MN-in mətbuat xidmətindən APA-ya verilən açıqlamada deyilir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov yaşayış məntəqələrinin ermənilər tərəfindən atəşə tutulması halında atıcı silahların əhatə dairəsindən uzaq olan düşmən mövqelərinə, erməni əhalinin sıx yerləşdiyi yaşayış məntəqələrinə və oradakı hərbi obyektlərə Azərbaycan ordusunun sərəncamındakı iriçaplı silahlardan dərhal zərbə endirilməsi barədə xüsusi tapşırıq verib.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar