Zakir Həsənov: « Cəbhəboyu təşəbbüs tam olaraq Silahlı Qüvvələrimizin tərəfindədir»
27.06.2015 585 0.0 0


Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibəti ilə təntənəli mərasim keçirilib.
Mərasim açıq elan edildikdən sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Sonra mərasimdə Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümünə həsr edilmiş təbrik nitqilə çıxış edib, Silahlı Qüvvələrin şəxsi heyətinə xidmətlərində uğurlar arzulayıb.
Bayram münasibətilə Müdafiə naziri adından qonaqlara ziyafət verilib. Tədbir Xalq artisti Azərinin və Müdafiə Nazirliyinin Nümunəvi hərbi orkestrinin təqdim etdiyi bayram konserti ilə yekunlaşıb.

Qazeta.info Müdafiə Nazirliyinə istinadla bildirir ki, nazir general-polkovnik Zakir Həsənovun Silahlı Qüvvələrin yaradılmasının 97-ci ildönümünə həsr edilmiş  mərasimdə çıxış edib.


Silahlı Qüvvələrin 97-ci ildönümü münasibətilə mərasim iştirakçılarını təbrik edən Z.Həsənov , təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Silahlı Qüvvələr bu gün Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə bütün istiqamətlər üzrə uğurla inkişaf edirildiyini bildirib. 
İl ərzində Silahlı Qüvvələrdə modernizasiya məsələləri, döyüş hazırlığı, sosial bazanın gücləndirilməsi istiqamətində böyük işlər həyata keçirildiyini bildirən müdafiə naziri,  mütəmadi olaraq döyüş atışlı təlimlərin icra edilməsi bir daha döyüş hazırlığının yüksək səviyyədə olmasının buna sübut olduğunu qeyd edib.


Daha sonra, Ötən gün  Prezident İlham Əliyevin  Hərbi Dəniz Qüvvələrinin yeni bazasının açılışını həyata keçirdiyini xatırladan nazir,  "Azərbaycan dövlətinin sülhsevər siyasəti nəticə vermir, çünki erməni tərəfi beynəlxalq səviyyədə qəbul edilən qərar və qətnamələrin tələblərini yerinə yetirmir. Cənab Prezident xüsusi qeyd etdi ki, əgər erməni əsgəri ölmək istəmirsə Füzuliyə, Ağdama gəlməsin." deyə qeyd edib. 
Silahlı Qüvvələrin 2014-cü və 2015-ci illərdəki fəaliyyətinə nəzər yetirsək görərik ki, cəbhədə ermənilərin təxribatına layiqli cavab verilib və bundan sonra da bütün təxribatların qarşısı inamla alınacaqını bildirən Müdafiə naziri,  
"Cəbhəboyu təşəbbüs tam olaraq Silahlı Qüvvələrimizin tərəfindədir və günü-gündən möhkəmlənən ordu müqəddəs vəzifəni qısa bir müddətdə yerinə yetirəcəkdir. 
Bu bayram günündə mən bir daha şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizi, veteranları, hazırda düşmənlə təmas xəttində, döyüş növbətçiliyində, qarovul xidmətində olan şəxsi heyəti təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və uğurlar arzulayıram.
Bütün Silahlı Qüvvələri və Azərbaycan xalqını qələbə arzusu ilə təbrik edirəm. 
Bayramınız mübarək." deyə nitqinə yekun verib.

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar