Zakir Həsənov ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta ilə görüşüb
05.03.2015 667 0.0 0

Qazeta.info bildirir ki, Martın 5-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ABŞ-nın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Robert Sekutanı qəbul edib.
Səfiri yeni təyinatı ilə əlaqədar təbrik edən Müdafiə naziri Azərbaycan ilə ABŞ arasında ikitərəfli hərbi əməkdaşlıq əlaqələrinin mövcud vəziyyətinə toxunaraq bu sahədə əldə edilmiş müsbət nəticələrə və həllini gözləyən məsələlərə dair qonaqla fikir mübadiləsi aparıb.
Müdafiə naziri ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətləri, o cümlədən hərbi sahəni də əhatə etdiyini və bu əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini xüsusi vurğulayıb.
Hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Böyük sülh sazişi ilə bağlı çağırışın edilməsinə baxmayaraq sülh prosesinin yubanmasını və danışıqların rəsmi Yerevan tərəfindən qəsdən uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərməsini diqqətə çatdırıb.
Səfir regiondakı vəziyyətə müsbət təsir göstərə biləcək sülhün bərqərar olması üçün ABŞ-ın səylərinə və əlaqələrin genişlənməsi təşəbbüslərinə toxunaraq həmsədrlər tərəfindən irəli sürülən Böyük sülh sazişi ideyasının müsbət qarşılandığını bildirib.
Görüşdə regional və ikitərəfli əməkdaşlıqla bağlı digər məsələlər də müzakirə olunub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar