Zakir Həsənov: `Ermənistanın `İsgəndər` raketlərini vurmağa qadirik`
13.07.2017 785 0.0 0

Azərbaycan Ermənistanda yerləşən “İsgəndər” raketlərini vura biləcək silaha malikdir.

 

Məlumata görə, bunu “RİA Novosti”yə müsahibəsində Azərbaycan müdafiə naziri Zakir Həsənov deyib.

 

“ Ancaq müdafiə naziri olaraq bildirirəm ki, sərəncamımızda həmin raketləri vura biləcək sistemlər var. Bizdə olan raketlər sayca düşmən raketlərindən 50 dəfə çoxdur. Dediyim sözlərə görə tam məsuliyyət daşıyıram. Əgər onlar bu raketləri tətbiq etmək fikrinə düşsələr, Ermənistanın infrastrukturuna və hərbi obyektlərinə endiriləcək cavab zərbəsi necə olacağını təsəvvür edin!?”, - deyə o vurğulayıb.

 

Z. Həsənov qeyd edib ki, dünyada qoşunların tətbiq edilməsi taktikasının bir neçə növü var: “Bəli, “İsgəndər” yaxşı raketdir. Lakin bir sıra suallar ortaya çıxır. Bu, o raketlərin hansı növüdür, texniki vəziyyəti necədir, həmin raketləri kim idarə edir və nəhayət ən əsası onu tətbiq etmək iqtidarında olacaqlarmı? Hərbçi kimi biz hər zaman ən pis variantı nəzərdən keçiririk və ona hazırıq. Düzdür, sizə haqqında yuxarıda bəhs etdiyim raketləri Rusiyadan almasaq da, onlar keyfiyyətcə geri qalmır. Və sizə deyim ki, biz artıq vəziyyəti modelləşdirmişik və döyüş atışları keçirmişik. Nəticə əladır! Bu gün biz əminliklə deyə bilərik ki, yaşayış məntəqələrimizi və hərbi obyektlərimizi havadan endirilən raket hücumundan qoruya bilərik”./APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar