Zərərli dini təriqətlərin təbliğatı ilə məşğul olan 847 nəfər barəsində tədbir görülüb
03.03.2016 811 0.0 0

Ötən il Azərbaycanda zərərli dini təriqətlərin təbliğatı və yayılması ilə məşğul olan 847 nəfər barəsində hüquqi məsuliyyət tədbiri görülüb. Məlumata görə, bu barədə Nazirlər Kabinetinin 2015-ci ilin fəaliyyətinə dair Milli Məclisə təqdim etdiyi hesabatda bildirilib.
 
Hesabatda qeyd olunub ki, bununla yanaşı, istehsalına və idxalına müvafiq icra orqanının razılığı alınmamış 5 457 dini ədəbiyyat, 623 kompakt disk, 31 odlu silah, 68 əl qumbarası, 63,3 qram narkotik vasitə aşkarlanaraq götürülüb.
 
Hesabatda həmçinin o da bildirilib ki, ötən il respublika üzrə qanunsuz odlu silah saxlama və daşıma ilə bağlı 482 fakt müəyyən edilib. Həmin cinayətlərə görə 155 nəfər məsuliyyətə cəlb edilib: “Əllərdə qanunsuz saxlanılan 656 odlu silah, 44 mindən çox patron götürülüb”. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar