Zəlimxan Yaqubun məzarüstü abidəsinin açılışı olub- FOTO
09.01.2017 1133 0.0 0

Xalq şairi Zəlimxan Yaqubun ölümünün ildönümündə məzarüstü abidəsinin açılışı olub.
 
Məlumata görə, mərasimdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, xalq şairi Fikrət Qoca, millət vəkili Rəfael Hüseynov və şairin ailə üzvləri iştirak edib.
 
Mərasimdə çıxış edən Rəfael Hüseynov Zəlimxan Yaqubun Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən danışıb. O qeyd edib ki, Z. Yaqub böyük şair və vətənpərvər insan olub: “Zəlimxan Yaqub bu gün abidəyə çevrilərək Azərbaycana və Azərbaycan ədəbiyyatına qayıtdı. O, böyük şair olmaqla bərabər, həm də xalqını və millətini sevən böyük insan idi”.
 
Professor Qəzənfər Paşayev, millət vəkili Nizami Cəfərov Zəlimxan Yaqubun “Peyğəmbər”, “Əbədiyyət Dastanı”, “Saz” poemalarının ədəbi dəyərindən danışıb, onu müstəsna şəxsiyyət kimi dəyərləndiriblər. /APA/

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar