ƏSRLƏR ÖNCƏ BATAN GƏMİDƏN XƏZİNƏ ÇIXDI (VİDEO)
29.12.2014 806 0.0 0

Əsrlər öncə batan tacir gəmisindən xəzinə çıxdı. Çində orta əsrlərdən qalma gəmi üzərində araşdırma aparan arxeoloqlar son  illərin ən böyük qənimətlərindən birini aşkarlayıb.

13-cü əsrdə hakimiyyətdə olan Sonq sülaləsi dövrünə təsadüf edən tacir gəmisi əslində bir neçə ilə öncə aşkarlanmışdı. Bununla belə,  gəmidəki xəzinədən dəyərəli əşyalar bu vaxta kimi hər kəsdən gizli qalıb. Gəminin batdığı ərazidə  axtarışları davam etdirən arxeoloqlar bu vaxta qədər qızıldan da dəyərli  minə yaxın çini qab, 12 qızıl kasa və kuzə, eləcə də minlərlə gümüş pul aşkarlayıb.

Amma arxeoloqlar hesab edirlər ki, tapılan qənimətlər əslində  gəmidəki xəzinənin sadəcə bir qismidir. Onlar bildirirlər ki, gəmidən tapılan ən xırda detal belə, qızıldan daha baha qiymətə satıla bilər. 

Arxeoloq Sun Cianın fikrincə,  uzunluğu  22  metrə çatan gəmidəki tarixi eksponatların sayı  60-80 min arasındadır. Nəzərə alsaq ki, həmin eksponatlar arasında Sonq sülaləsinə məxsus  tarixi əşyalar da ola bilər, onda bu gəmidəki xəzinəyə indidən qiymət vermək çətindir. Yeri gəlmişkən, tarixi gəmi, orta əsrlərdəki ticarət marşrutunun dəqiqləşməsinə də də böyük töhvələr verə bilər.//Atvxəbər

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar