HİZBULLAH LİDERİ MƏZHƏB SAVAŞI ETMƏTDİK DEYİB.
15.08.2014 1454 0.0 0
 

 

Livandakı Hizbullah Lideri Həsən Nəsrullah  Hizbullahın Suriyaya müdaxiləsinin məzhəbçilik təməlinə dayanmadığını iddia edib.

 

Livanın "Əl-Ahbar" qəzetinə danışan Hizbullah lideri Həsən Nəsrullah, İraqdakı silahlı müqavimətə dəstək verdiklərini önə sürərək, "Başdan bəri Suriyadakı varlığımızın məzhəbçilik təməlinə dayanmayıb. Daha əvvəl İraqda müqavimətə verdiyimiz dəstəyin eynisini Fələstindəki sünni Həmas və İslami Cihad hərəkətlərinə də etdik "deyib.

"Terror təşkilatı İraq Şam İslam Dövlətinin (IŞİD), Sünni, şiə, müsəlman, xristian, Dürzi, Yezidi, Ərəb və Kürdlər üçün bir təhlükə təşkil etdiyini" söyləyən Nəsrullah, qeyd edilən  təşkilatın əlində hər kəsi narahat edəcək qədər  böyük imkanlar olduğunu bildirib.

Nəsrullah ; "Bu döyüşdə Livan, Suriya, İraq, Fələstin və bütün bölgənin qorunması üçün hər kəsin dəstək verməsn  lazımdır. Biz Suriyanın Kalamun və əl-Kusayr bölgələrində Azad Suriya Ordusu (ASO) ilə dünyəvi və liberal düşüncələrinə qarşı savaşmadıq" şəklində açıqlama verib.

Nəsrullah daha sonar bildirib ki, "Körfəz ölkələrində uzun müddətdir dini mərkəzlərdən yayılan təkfirçi düşüncələrə qarşı bir qorxu var. Bunu məğlub etməyin yolu isə ciddi mənada ona qarşı hərəkətə keçməkdir. IŞİD-in Küveyt, Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələrində bir alt quruluşu var. Bu təşkilata dəstək verib istifadə etməyi düşünən bir ölkə, qeyd olunan  təşkilatın özünə müsəllət olduğunda  onların öhtəsindən də gəlməyə  hazır olmalıdır. "

Mərkəzi Livanın paytaxtı Beyrutun cənubundakı Dahi bölgəsində olan Hizbullah gücləri, 2013 Mayında Suriyanın Kusayr diyarına girmiş və ASO-nun yanında Tövhid Briqadası, Ahraruş Şam və Faruk Briqadası kimi müxtəlif silahlı müxalif qrup ilə qarşıdurmaya girmişdi.

Qarşıdurmalar nəticəsində yüzlərlə vətəndaş həyatını itirmiş, Hizbullahın əlinə keçən Kusayr xaraba halına gəlmişdi. Hizbullahın Əsəd rəhbərliyinə dəstək üçün Suriyaya göndərdiyi hərbi gücünün  10 mindən çox olduğu təxmin edilsədə, yerli qaynaqlar təşkilat xadimlərinin sıxlıqla Hələb, Kusayr və Şamın Seyyide Zeynəb bölgəsində yerləşdiyini  də bildirlər.


Teqlər:HİZBULLAH LİDERİ MƏZHƏB SAVAŞI ETMƏ

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar