HADİSƏ ZAMANI JURNALIN BÜTÜN ƏMƏKDAŞLARI İCLASDA OLUB
07.01.2015 700 0.0 0
Fransanın “Charlie Hebdo” jurnalının redaksiyasına olunan hücumu nəticəsində ölən baş redaktor və karikaturist Stefan Şarbonye “Əl-Qaidə”nin “qara siyahısı”nda olub.

 

APA-nın Xarici mətbuata istinadən verdiyi məlumata görə, “Charlie Hebdo” jurnalına hücum edənlər S. Şarbonyeni Məhəmməd peyğəmbərin karikaturalarını dərc etdiyinə görə hədəfə alıblar.

 

“Le Parisien” nəşrinin yazdığına görə, redaksiyaya hücum səhər iclası zamanı baş verib. İclasda “Charlie Hebdo” jurnalının bütün əməkdaşları iştirak edib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar