Tarix: 09.12.2016,   Saat: 13:37, Cümə.          

Yeniləndi-Qəbələdə ər 3 uşaq anası olan arvadını boğaraq öldürüb-FOTO

Bu gün Qəbələ rayonunun Kürd kəndində 1991-ci il təvəllüdlü 3 uşaq anası Verdiyeva Səbinə Məzahir qızının qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.

 

Qazeta.info xəbər verir ki, S. Verdiyevanın atası Məzahir Cabbarov APA-ya açıqlamasında deyib ki, qızı boğulmayıb, xüsusi amansızlıqla, küt alətlərdən və bıçaqdan istifadə edilərək qətlə yetirilib.

 

Bunu S. Verdiyevanın bədənindəki kəsilmiş-deşilmiş yaralar sübut edir. M. Cabbarov iddia edir ki, qızını tək kürəkəni Xəyal Verdiyev deyil, oğlanın atası Xaliq Verdiyev və anası Dürdanə  Verdiyeva birgə qətlə yetiriblər: “Son 1 il ərzində qızım həyat yoldaşı, qaynanası və qayınatası tərəfindən 5 dəfə döyülüb, xüsusi işgəncələrə məruz qalıb. Onu evə gətirsək də, həyat yoldaşı ilə bir-birlərini sevərək ailə qurmuşdular, qızım ailəsinin dağılmasını istəmirdi. Biz də valideynləri olaraq həm 3 uşaq anası olduğu, həm də hamilə olduğu üçün qızımızın qayıtmasına razılıq vermişik. Biz də ailəsinin dağılmasını istəmirdik. Sonuncu dəfə isə kənd icra nümayəndəsi Eyyub Alıyevin zəmanət verməsi ilə qızımızın əri evinə qayıtmasına razılaşdıq”.

 

M. Cabbarov qeyd edib ki, qızının həyat yoldaşının atası X. Verdiyev və anası D. Verdiyeva gənc ailənin dağılmasını istədiklərini heç vaxt gizlətməyiblər: “Bir həftə əvvəl Xaliq Verdiyev küçədə qarşımı kəsdi, dedi ki, Səbinə yenidən əri evinə qayıtsa, onu öldürəcəklər. Ancaq biz sonuncu dəfə də 3 uşaq anası, hamilə olduğunu və həyat yoldaşı ilə bir-birinə sevdiyi, həm də kənd icra nümayəndəsinin zəmanət verməsi səbəbindən onun geri qayıtmasına razılıq verdik. Ancaq onlar ailəsinin dağılmamasını istəyən qızımı xüsusi amansızlıqla öldürdülər. Tək Xəyal deyil, atası Xaliq və anası Dürdanə də həbs edilməlidir”.

 

M. Cabbarov onu da nəzərə çatdırıb ki. Bu ilin mart ayında amansızlıqla döyülmüş, burnu qırılmış qızının həmin vəziyyətdə çəkilmiş fotoşəkilini polisə təqdim edib, tədbir görülməsini istəyiblər: Ancaq polis hər hansı tədbir görmədi”.

 

M. Cabbarov bildirib ki, qızı sakit, ailəcanlı olub və kənddə də hər kəs bunu təsdiq edə bilər: “Ancaq qayınatası və qaynanası onun ailəsinin dağılmasını istəyirdilər”. 

 

 

 

 

 

 

 

*****

 

Qəbələ rayonunda qətl hadisəsi baş verib.

 

Məlumata görə hadisə rayonun Kürd kəndində qeydə alınıb.

 

Kənd sakini 1985-ci il təvəllüdlü Verdiyev Xəyal Xaliq oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı həyat yoldaşı, 1991-ci il təvəllüdlü Verdiyeva Səbinə Məzahir qızını əli ilə boğaraq öldürüb. Üç uşaq anası olan Səbinə Verdiyevanın hansı səbəbdən qətlə yetirildiyi hələ ki, məlum deyil.

 

Hadisəni törədən Xəyal Verdiyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.   Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. /apa/



  Bölmə: Ölkə | Baxış sayı: 405 | Tarix: 30.10.2016, 17:25


Xəbərlər