Yeniləndi-Həbslər davam edir-Daha bir bank rəhbəri saxlanıldı
15.05.2015 1155 0.0 0

Hacı Məmmədovun bandası tərəfindən qətlə yetirilmiş polkovnik Fətulla Hüseynovun oğlu Adil Hüseynov 318 milyon dolları mənimsəməkdə ittiham olunur.

Qazeta.info bildirir ki, bunu virtualaz.org saytına açıqlamasında vəkil Kamandar Nəsibov deyib.

Vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs - Adil Hüseynov barədə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

 

                                                  *****                                   

 

Azərbaycan Beynəlxalq Bankının Dubay filialının rəhbəri Adil Hüseynov Bakıda saxlanılıb.

Məlumata görə, bu barədə virtualaz.org saytı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər yayıb. Yeri gəlmişkən, A.Hüseynovun saxlanılması barədə informasiya az öncə “Azadlıq” tərəfindən də yayılmışdı.

Məlumatda deyilir ki, Dubayda yaşayan Adil Hüseynovu Bakıya çağırıblar, burada isə o, DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (“bandotdel”) əməkdaşları tərəfindən saxlanılıb.

Adil Hüseynovun saxlanılması azərbaycanlı kredit oliqarxlarının bir neçə gün öncə başlayan həbs dalğası ilə əlaqələndirilir. A.Hüseynovun mənzilində və iş otağında axtarışlar aparılıb.

Yada salaq ki, A.Hüseynov xalq arasında “qara polkovnik” kimi tanınan əfsanəvi polis zabiti Fətullah Hüseynovun oğludur. Polkovnik Fətullah Hüseynov digər polkovnik Hacı Məmmədovun bandası tərəfindən qətlə yetirilib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar