Yeniləndi-Bakıda itkin düşən məktəblilər tapılıb-VİDEO
18.02.2016 561 0.0 0

Bakıda itkin düşən məktəbli uşaqlar tapılıb.

 

Qazeta.info bildirir ki, Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsindən APA-ya verilən məlumata görə, azyaşlılar Hövsan qəsəbəsində tapılaraq ailələrinə təhvil veriliblər.

 

Polisdən həmçinin bildirilib ki, itkin düşən uşaqlardan birinin nənəsi Hövsanda yaşayır. Uşaqlar da həmin ünvanda olublar.

 

*****

Bakıda 11 yaşlı iki məktəbli itkin düşüb.
 
Bu barədə itkin düşən məktəblilərdən biri İsmayıl Şəfiyevin anası Viktoriya Şəfiyeva məlumat verib. Onun sözlərinə görə, oğlu İsmayıl və sinif yoldaşı Şamil Babayev ötən gün təhsil aldıqları 32 №-li məktəbdən çıxıb və evə qayıtmayıblar. Onların harada olmaları barədə heç bir məlumat yoxdur.
 
V. Şəfiyeva qeyd edib ki, uşaqların itkin düşməsi ilə bağlı Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə məlumat verilib.
 
Polisdən bildirilib ki, hazırda adıçəkilən şəxslərin tapılması istiqamətində axtarışlar davam etdirilir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar