Yaponiya XİN vətəndaşlarına Olimpiada-2018 zamanı terror təhlükəsi ilə bağlı xəbərdarlıq edib
02.02.2018 857 0.0 0

 Yaponiyanın Xarici İşlər Nazirliyivətəndaşlarına Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunları zamanı mümkün təhlükələr mövzusunda xəbərdarlıq edib.

"Qazeta.Ru" saytına istinadən xəbər verilir ki, XİN-nin yaydığı məlumatda böyük təbii fəlakətlər, iğtişaşlar və ya terror hücumları, eləcə də Şimali Koreya ilə bağlı Koreya yarımadasında vəziyyətin proqnozlaşdırılmayan şəkildə olması ilə əlaqədar vətəndaşlar fövqəladə hallar zamanı səfirliklə əlaqə qurmanın asanlaşması məqsədi ilə XİN-də xarici səfərlər sistemində qeydiyyatdan keçməyə çağırılır.

XİN-in məlumatına görə, Yaponiya ilə müqayisədə Cənubi Koreyada 2,5 dəfə çox qətl, 1,2 dəfə çox soyğun hadisəsi törədilir./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar