Yaponiya Rusiya ilə ərazi mübahisələrinə dair danışıqları davam etdirəcəyini bəyan edib
01.05.2016 631 0.0 0

Yaponiyanın baş naziri Sindzo Abe Rusiya ilə ərazi mübahisəsinin həll etmək və sülh müqaviləsi bağlamaq istiqamətində danışıqları müntəzəm davam etdirmək  niyyətində olduğunu bəyan edib.
 
APA-nın KİODO agentliyinə istinadən verdiyi məlumata görə, Yaponiyanın baş naziri Kuril adaları - İturup, Kunaşir, Şikotan və Xabomai ilə bağlı danışıqları davam etdirmək və sülh müqaviləsi bağlanmasına nail olmaqla bu problemi həll etmək istəyir.
 
Bu gün S. Abe G-7 ölkələrinə səfərə yola düşür. Mayın sonunda G7 ölkələrinin Yaponiyada sammiti keçiriləcək. Turne çərçivəsində Yaponiya baş naziri Rusiyaya qeyri-rəsmi səfərə gələcək. S. Abenin mayın 6-da Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşü gözlənilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar