Yağan qar Biləsuvarda təbii fəlakətə səbəb oldu.
22.02.2015 922 0.0 0

Ölkə ərazisində hava şəraitinin kəskin soyuması və güclü qar yağışı ziyanla nəticələnib.

Bu gün Biləsuvar rayonundan bizə verilən məlumata görə , rayon ərazisinə 50 sm-ə yaxın qar yağıb və yağıntının təsirindən 30 dan çox evə və bir neçə avtomobilə ziyan dəyib.

Belə ki, rayonda evlərin damı çöküb və uçqun nəticəsində sakinlərin həyətində olan avtomobillər ziyan görüb.

Qazeta.info bildirir ki, hazırda rayonda təbii fəlakət nəticəsində yaranan problemə görə , sakinlər rayon rəhbərliyindən yardım istəyirlər.

Bildirək ki, ilkin araşdırmalar qarın yağmasından ziyan görən evlərin sayını 30 olmasını göstərsədə bu rəqəmin artma ehtimalının qaçılmaz olacağı  bildirilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar