BARAK OBAMA NATO SAMMİTİNİN YEKUNUNDA MƏTBUAT KONFRANSİ KEÇİRİB.
06.09.2014 1511 0.0 0

ABŞ prezidenti Barak Obama  İraq Şam İslam Dövlətini (IŞİD) zəyıflədəcəklərını və sonunda çökürdəcəklərini söyləyərək "Eynilə Əl Qaidəyə etdiyimiz kimi" deyib. 

Obama  Uelsin Nevport şəhərindəki NATO sammitinin sona çatmasından sonra  mətbuat konfransı təşkil edib. Ukrayna Dövlət Başçısı Petro Poroşenkonun ölkəsindəki böhrana sülh yolu ilə həll olması istiqamətindəki səylərini dəstəklədiklərini ifadə edən Obama, "Bu gün elan edilən atəşkəsə, riayət olunduğu halda  bu məqsədi inkişaf etdirə bilər. Separatçıları sözlərini tutmalı və Rusiya Ukraynadakı qarışıqlığa son verməli" deyə bildirib.

Atəşkəs müqaviləsindən ümidli olduğunu ancaq keçmiş təcrübələrdən ötəri buna şübhəli baxdığını ifadə edən Obama, "Bu səbəbdən bu sınanacak" deyib. Avropa ölkələrinin bu mərhələdə Rusiyaya istiqamətli sanksiyaları müzakirə etdiklərini söyləyən ABŞ prezidenti Obama  Poroşenkonun planının tamamilə həyata keçirilməsinin zaman alacağını söyləyib. Qazeta.info Tgrthabere istinadən bildirir ki,Obama, "Atəşkəsin indi təmin edilməsinin tək səbəbinin, Rus iqtisadiyyatına ciddi təsirləri olan mövcud sanksiyalar və gələcəkdəki daha çox sanksiya tətbiq edilmə yönündə  təhdidi olduğuna diqqəti çəkmək istəyirəm" ifadəsini istifadə edib. 

Daha sonra IŞİD-in meydana gətirdiyi təhdidə qarşı ortaq mübarizənin əhəmiyyətini vurğulayan Obama, ABŞ xarici işlər naziri John Kerryi bölgəyə gedəcəyini bildirib. IŞİD-in NATO üzvlərinə ciddi təhdid meydana gətirdiyi mövzusunda fikir birliyi olduğunu ifadə edən Barak Obama, bu mənada iki günlük NATO sammiti boyunca heç bir müqavimətlə qarşılaşmadıqlarını vurğulayıb. 

Obama, İraq hökumətinin gələcək həftə yaradılmasını ümid etdiklərini də dilə gətirib. IŞİD-in yox edilməsi məqsədinə çatılacağına işarə edən Obama, "IŞİD-i zəyiflədəcəyik və sonunda məhv edəcəyik, eynilə Əl Qaidəyə etdiyimiz kimi" deyərək Eş-Şebab-ın qurucularından Əhməd Gudani-nin ABŞ tərəfindən öldürüldüyünü xatırlatdı. 

İngiltərə Baş naziri Devid Kamerona da təşkil etdiyi mətbuat konfransında, IŞİD probleminin həlli üçün Suriya Dövlət Başçısı Bəşər Əsədin köməkçi olub-olmayacağı soruşulub. Kameron,  Suriya Dövlət Başçısı Bəşər Əsədi IŞİD probleminin səbəbinin bir parçasının olduğunu ifadə edərək "Bu səbəbdən problemin bir parçası olan Əsədin,  məsələnin həllində rol oynaya bilməyəcəyini düşünürəm" deyib. Kameron, İraqda yeni hökumət qurulmasının əhəmiyyətini də bildirib.


Teqlər:BARAK OBAMA NATO SAMMİTİNİN YEKUNUN

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar