Yəməndə yas mərasiminə endirilən zərbələr nəticəsində 213 nəfər ölüb
09.10.2016 598 0.0 0

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəmənin paytaxtı Sana şəhərində yas mərasiminin keçirildiyi əraziyə aviazərbələr endirib.

Endirilən aviazərbələr nəticəsində ölənlərin sayının 213 nəfər olduğu bildirilir.

 

“RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə “Əl Mayədin” telekanalı məlumat yayıb.

 

Üsyançı husilər zərbənin endirilməsində ərəb koalisiyasını ittiham edib, lakin koalisiya hadisə ilə əlaqəsi olmadığını iddia edir.  

 

Üsyançıların rəsmi nümayəndəsi Məhəmməd Əbdül-Salam bildirib ki, yas mərasiminin bombardman olunması koalisiya tərəfindən törədilən növbəti soyqırımı aktıdır.

 

Xatırladaq ki, Yəmənin paytaxtı Sana şəhəri üsyançı husilərin nəzarəti altındadır. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası üsyançılarla mübarizədə Yəmən hökumətinə dəstək  verir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar