Xoşbəxt Yusifzadə «Günəşli» yatağındakı qəzanın təxribat olmasına münasibət bildirib
06.12.2015 545 0.0 0

“SOCAR-ın “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğında təxribat görmürəm”.
 
 
Məlumata görə, bunu SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.
 
“Kəmər güclü küləyin təzyiqi altında partlayıb. Təxribatın olmasına şəxsən mən inanmıram”, - deyə o bildirib.
 
X. Yusifzadə bildirib ki, ölkə başçısının tapşırığına əsasən yaradılan müvafiq komissiyaya Milli Təhlükəsizlik  Nazirliyinin rəhbəri də daxildir və bu versiya araşdırılacaq./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar