XİN prezidentin tənqid etdiyi məsələ ilə əlaqədar mətbuta açıqlama yaydı
15.07.2015 728 0.0 0

Məlum olduğu kimi, Ölkə başçısı Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Xarici İşlər Nazirliyini tənqid edərək vizaların verilməsində işlərin tezləşdirlməsi tələb olunmuşdu.

Xatırladaq ki, XİN ölkə başçısının son iclasından sonra mətbuata açıqlama yayıb.

Qazeta.info bildirir ki, nazirliyin yaydığı açıqlamada Prezidentin verdiyi tapşırıqların icrası ilə əlaqədar olaraq, Xarici İşlər Nazirliyi tərəfindən viza rəsmiləşdirilməsi prosesinə cəlb olunmuş digər aidiyyəti nazirlik və dövlət qurumları ilə birlikdə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin viza alt sisteminin təkmilləşdirilməsi, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi və viza sorğularına baxılması müddətinin qısaldılması üçün təkliflər ən yaxın günlərdə təqdim ediləcəyi bildirilib.
Qazeta.info bildirir ki, daha sonra , XİN-in yaydığı məlumatda "Azərbaycan Respublikası Prezidentinin Vizaların verilməsi işinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında 20 noyabr 2014-cü il tarixli 882 nömrəli sərəncamı əsasında viza rəsmiləşdirilməsi prosesinə cəlb edilmiş aidiyyəti nazirlik və dövlət qurumlarının iştirakı ilə işçi qrup fəaliyyət göstərir. İşçi qrupunun dörd iclası keçirilib və bununla bağlı müvafiq tədbirlər görülməkdədir. Hal-hazırda diplomatik nümayəndəliklərdə viza sistemi ilə bağlı yeni avadanlıqların quraşdırılması prosesi də həyata keçirilir. " deyə qeyd olunub. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar