Xətai rayonunda yanmış bina ilə bağlı məhkəmə prosesi davam etdirilib
18.10.2016 674 0.0 0

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakının Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 


Məlumata görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. 

Könül Abbasova ifadəsində "TNH” şirkətində mühasib işlədiyini deyib. O, binanın üzlənməsi prosesindən xəbərsiz olduğunu, işlə bağlı sənədləri şirkətin direktoru Zaur Əşrəfovun imzaladığını deyib: "2015-ci ilin dekabrında da işdən ayrıldım". 

Sonra şahid prokurorun suallarını cavablandırıb. 

 


Məhkəmə prosesi oktyabrın 25-də davam etdiriləcək.
 


Qeyd edək ki, ötən il aprelin 10-da Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda “TNH” şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb.

Faktı üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. “TNH” şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov həbs edilib.

Xatırladaq ki, təqsirləndirilən Nüsrət Muxtarov təcridxanada dünyasını dəyişib. Məhkəmədə onun hüquqi varisi Asif Muxtarov iştirak edir./apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar