Xələfov: `Gürcüstan və Rusiya ilə sərhədlərin delimitasiyası və demarkasiyasına dair görüş gözlənilir`
27.12.2016 911 0.0 0

2017-ci ilin 1-ci rübündə Gürcüstan və Rusiya ilə sərhədlərin delimitasiyası və demarkasiyasına dair görüş gözlənilir.
 
Qazeta.info APA-nın məlumatına əsasən bildirir ki, bu barədə xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.
 
Nazir müavini bildirib ki, Gürcüstan və Rusiya ilə sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı mütəmadi görüşlər keçirilir: "Rusiya ilə delimitasiya məsələsi bitib, demarkasiya prosesi isə davam edir. Bu, uzun prosesdir. Normativ hüquqi baza formalaşmalıdır. Bundan sonra fiziki olaraq sərhəd xəttinin qurulması ilə bağlı istehsal olunacaq məhsullar gündəlikdədir. İş gedir. 2017- ci ilin ilk rübündə hər iki ölkə ilə komissiyanın iclaslarını keçirəcəyik. Konkret olaraq Rusiya ilə işçi qrupları səviyyəsində işlərimizi başa çatdırmışıq. Komissiyanın iclasının keçirilməsinə dair hazırlıq var.
 
Gürcüstanla isə hələ delimitasiya prosesi aparılır. Nümayəndələr, komissiya səviyyəsində işlər aparılır. Son vaxtlar komissiyanın iclası keçirilməsə də, işçi qruplarının iclası mütəmadi keçirilir.
 
Gürcüstanla iş hələ çox vaxt aparacaq. Çünki delimitasiya məsələsini hələ bitirməmişik.
 
Ümumi sərhəd xəttinin 2/3 hissəsi komissiyalar səviyyəsində razılaşdırılıb, protokollar səviyyəsində rəsmiləşdirilib. Qalan hissəsini başa çatdırmalıyıq. Bunun üçün də razılaşdırılmamış, açıq qalan məsələlər üzərində işlər davam etdiriləcək. Delimitasiya başa çatandan sonra demarkasiya hissəsinə keçə bilərik. Hər prosesə dair tənzimlənmə mexanizmi olmalıdır.
 
Rusiya ilə delimitasiya müqaviləsi imzalanıb. Gürcüstanla isə proses davam edir. Bu, mühüm məsələdir, daim dövlətin nəzarətindədir. Komissiyalar fəaliyyətini davam etdirir".


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar