Vera Klimoviç: Hər dəfə Bakı küçələrindən keçəndə söz atırlar
23.07.2015 683 0.0 0

Vera Klimoviç: Hər dəfə Bakı küçələrindən keçəndə söz atırlar
“Azərbaycanda voleybola qadınların bədəninə görə baxırlar”.

Bakının “Lokomotiv” klubunun keçmiş voleybolçusu, belorusiyalı Vera Klimoviç karyerasının Azərbaycanda keçirdiyi dövr barədə xatirələrini bölüşüb.

Qazetaşinfo Oxu.Az-a istinadla  xəbər verir ki, o Belorusiyanın “Pressboll” Azərbaycanda voleybola qadınların bədəninə görə baxırlar?” sualını belə cavablandırıb.

“Bəli, belə bir hal var. Küçələrdən elə-belə keçmək olmur. Hər dəfə söz atırlar, nəyisə müzakirə edirlər. Sonra bütün bunlara öyrəşirsən, adaptasiya olursan. 

İndi həqiqətən qadınlara qarşı münasibət sakitləşib - 5 il bundan əvvəl, mən “Lokomotiv ilə müqavilə bağlayanda hər şey başqa cür idi”. 

Qeyd edək ki, Klimoviç “Lokomotiv”də 5 il - 2009-2014 cü illərdə oynayıb. Bu dövr ərzində o komanda ilə Çellendj kubokunun qalibi olub. 

Hal-hazırda Klimoviç İtaliyanın “Kasalmacore” klubunda oynayır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar