Valyutadəyişmə məntəqəsinin işçisi ürəyindəm bıçaqlandı - TƏFƏRRÜAT
11.11.2019 500 0.0 0

Gəncədə qətl törədilib.

Məlumata görə, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. 1989-cu il təvəllüdlü Əliyev Mirağa İlqar oğlu küçədə bıçaqlanaraq öldürülüb.

M.Əliyev şəhərdə fəaliyyət göstərən valyutadəyişmə məntəqələrindən birində işləyib.

Hadisədən sonra qətl törədən şəxs Gəncə şəhərində tutulub.

Məlumata görə, hadisə iki avtomobilin toqquşması nəticəsində yaranan mübahisə zəminində törədilib. Belə ki, Mirağa Əliyevin idarə etdiyi avtomobillə 1990-cı il təvəllüdlü Dajban Nicat Elçin oğlunun idarə etdiyi minik maşını toqquşub. Qəzadan sonra sürücülər arasında mübahisə yaranıb. Mübahisə zəminində Dajban Nicat M.Əliyevi bıçaqlayıb. Ürək nahiyəsindən bıçaq xəsarəti alan M.Əliyev xəstəxanaya aparılarkən yolda ölüb. 

Dajban Nicat saxlanılıb. 

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir. /APA/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar