Vəzifəli şəxslər 4 kq tiryəklə tutuldu-Azərbaycanda
13.03.2015 736 0.0 0

Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin qanunsuz

dövriyyəsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri nəticəsində külli

miqdarda narkotik vasitəni dövlət sərhədindən keçirməyə cəhd edən qrup

ifşa edilib.

Belə ki, cari ilin mart ayının 5-də saat 24:00 radələrində Cəlilabad rayonu

Dələli kənd ərazisindəki sərhəd zastavanın xidməti sahəsində həyata

keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Dövlət Sərhəd Xidmətinin

əməkdaşları qaçaqmalçılıq yolu ilə dövlət sərhədindən narkotik maddələri

keçirən Salyan rayon sakinləri Hüseynov Rövşən Balaqardaş oğlunu və

Mirzəyev Təlatun Abdul oğlunu “Mercedes” markalı Az-99-NN-353

nömrə nişanlı avtomaşınla birlikdə saxlamışlar. Dövlət Sərhəd Xidməti

əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq gözyaşardıcı qazdan

istifadə etməklə hadisə yerindən qaçmağa cəhd göstərən şəxslər

sərhədçilərin qətiyyətli hərəkətləri sayəsində yaxalanmışlar.

Saxlanılmış şəxslərin üzərlərinə baxış keçirilərkən 4 kiloqram tiryək, 4

ədəd  mobil telefon, 1 ədəd gözyaşardıcı qaz balonu aşkar edilərək

götürülüb.

 

Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi

tərəfindən Azərbaycan Respublikası CM-in 318 (dövlət sərhədini

qanunsuz keçmə), 206 (qaçaqmalçılıq), 234 (narkotik vasitələrin qanunsuz

dövriyyəsi) maddələri ilə cinayət işi başlanmış, həmin cinayətin

iştirakçılarına qeyd olunan maddələrlə ittiham elan edilərək barələrində

məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilb.

 

Cinayəti törətmiş digər iştirakçıların müəyyən edilərək məsuliyyətə cəlb

olunması məqsədilə əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

 

Əlavə olaraq bildirək ki, bu gün yuxarıda qeyd edilən məsələ ilə əlaqədar

virtualaz.org  saytıda məlumat yayıb.Saytın verdiyi məlumata

görə,  qaçaqmalçılıq yolu ilə dövlət sərhədindən narkotik maddələri 

keçirən Salyan rayonunun Kürqaraqaşlı kənd sakini olan 1968-

ci il təvəllüdlü Rövşən Balaqardaş oğlu Hüseynov həbs olunana kimi Kənd Təsərrüfatı  Naziriliyi “Aqrolizinq” ASC-nin Salyan filialının rəhbəri işləyib. Bildirək ki, R.Hüseynov barəsində Səbayel Rayon

Məhkəməsinin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib. O, hazırda

Kürdəxanı İstintaq Təcridxanasında saxlanılır. R.Hüseynovla bərabər

saxlanılan digər şəxsə - Təlatun Mirzəyevə gəlincə isə o da rayonda vəzifə

sahibi olub. Belə ki, O, 2004-2005-ci illərdə “Azərpoçt” İstehsalat Birliyinin Salyan  rayon şöbəsinin müdiri olub.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar